AZ

Paytaxtda evlərdən oğurluq edən şəxs saxlanılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Paytaxtın Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətlərinin və qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

Seçilən
7
7
azertag.az

9Mənbələr