"Məni hələ də vətəndaş cəmiyyəti təmsilçisi kimi sayanlar qalır. Ona görə bir daha aydınlıq gətirmək istərdim: 2018-ci ildə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədrliyindən çıxandan sonra heç bir QHT-də yoxam. Daha doğrusu, bəzilərinin rəhbər orqanlarında təmsil olunuram, amma əsas şəxsi deyiləm".
QHT.az xəbər verir ki, bu sözləri BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət bildirib. Onun sözlərinə görə, o qurumlarda da səlahiyyət müddətim bitəndən sonra tam ayrılmağı düşünürəm:
"Mən hazırda sırf jurnalistika ilə məşğulam. Siyasi şərhçiyəm, həftədə bir neçə dəfə TV kanallarımızda verilişlərə çıxıram. Eyni zamanda qurucusu və baş redaktoru olduğum BAYRAQDAR MEDİA-nın işini idarə edirəm. Yəni deməyim odur ki, məni QHT sektoru ilə üzülüşmüş saya bilərsiniz. Əlbəttə zərurət olarsa yenidən bu sahədə başqa bir şəkildə özümü təqdim edə bilərəm. Amma məhz indi belə bir zərurət hiss etmirəm".