AZ

“Zəfərdən təhsilə”: Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəb - FOTO

“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayıb.

APA xəbər verir ki, bu təhsil ocaqlarından biri də Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbidir.

Şagird tutumu 960 nəfər olan məktəbdə hazırda ümumilikdə 335 şagird təhsil alır. Tədris prosesinin səmərəli təşkili məqsədilə məktəbdə 27 nəfər təhsil verən fəaliyyət göstərir. Eyni zamanda, təhsil müəssisəsinin inzibati və texniki fəaliyyətinin təmin olunması üçün 10 texniki işçi çalışır. Bu göstəricilər məktəbin həm pedaqoji, həm də təşkilati baxımdan formalaşmış struktur olduğunu nümayiş etdirir.

Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbi müasir texniki və tədris infrastrukturu ilə seçilir. Məktəbdə 4 STEAM otağı, 2 İKT kabineti, 6 laboratoriya, kitabxana və idman zalı şagirdlərin istifadəsinə verilib. Yaradılan bu imkanlar şagirdlərin elmi biliklərinin, texnoloji bacarıqlarının və praktik düşünmə qabiliyyətlərinin inkişafına geniş şərait yaradır.

Qeyd edək ki, Cəbrayıl şəhərində müasir təhsil müəssisəsinin fəaliyyətə başlaması şagirdlərin doğma torpaqlarda keyfiyyətli təhsilə çıxışının təmin olunmasına, eyni zamanda bölgədə sosial həyatın bərpasına və dayanıqlı inkişafın gücləndirilməsinə mühüm töhfə verir.

“Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən “Zəfərdən
Seçilən
13
6
apa.az

7Mənbələr