Bakı. Trend:
Bakı Fond Birjası (BFB) ilə Qazaxıstan Fond Birjası (KASE)arasında regional “data hub”ın (məlumat mərkəzi) yaradılması üzrəfikir mübadilələri aparılıb.
Bunu Trend-əmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarəHeyətinin sədri Ruslan Xəlilov deyib.
“Qazaxıstan Fond Birjası (KASE) ilə texniki biliklərinbölüşdürülməsi və regional “data hub”ın (məlumat mərkəzi)yaradılması üzrə fikir mübadilələri aparılıb. Məqsəd Mərkəzi Asiyavə Yaxın Şərq regionunda kapital bazarı məlumatlarının vahidplatformada emal edilərək regional və beynəlxalq investorlaratəqdim olunmasıdır. Bu layihə hələ ideya mərhələsindədir, lakinəməkdaşlıq niyyəti istisna edilmir", - o vurğulayıb.
R. Xəlilov, eyni zamanda bildirib ki, Özbəkistan və digərMərkəzi Asiya ölkələri ilə təcrübə mübadiləsi aparılır:
"Bu bazarların inkişaf səviyyəsi bir-birinə yaxındır vətexnoloji yeniliklər baxımından oxşar mərhələdəyik.
Ümumilikdə məqsədimiz Bakı Fond Birjasını regional və qlobalmiqyasda görünürlüyü yüksək olan bir bazara çevirməkdir. Bu isəqlobal brokerlərin platformalarına BFB-də listinqdə olan alətlərininteqrasiyası və texnoloji həllərlə mümkündür”.