AZ

Starmer gün eynəyi taxan Makronu məsxərəyə qoydu

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makronu istehza hədəfinə çevirib.

Redaktor.az xəbər verir ki, o özünün "TikTok" hesabında gün eynəyi taxdığı videosunu paylaşıb.

K.Starmer "Political Party Live" şousundan fraqment paylaşıb. Baş nazir həmin videoda gün eynəyində təsvir olunub və fransızca "bonjour" sözünü işlədir. Paylaşım zamanı K.Starmer Fransa Prezidenti E.Makronun hesabını işarələyib və "Mənimlə danış, Qaz" yazıb. Bu ifadə əsas personajının oxşar eynək taxdığı "Ən yaxşı atıcı" ("Top Gun") filminə istinaddır.

Yanvarın 15-də E.Makron ölkənin silahlı qüvvələri qarşısına sağ gözü qızarmış halda çıxıb. Növbəti gün o, göz problemləri səbəbindən bir müddət günəş eynəyi taxmalı olacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
redaktor.az

2Mənbələr