AZ

Xanlarova Ələkbərzadəni belə yola saldı

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Əziz tamaşaçılar, nəhayət ki, teatr sahəsində baş verən problemləri uzun müddətdir ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilərək dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edildi.

Bu addımın əsas məqsədi teatr sahəsində illərdir mövcud olan idarəetmə problemlərinin aradan qaldırılmasıdır. Xüsusilə Mehriban Ələkbərzadənin fəaliyyəti dövründə kollektivlə münasibətlər, yaradıcılıq mühiti və digər məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Nəticə etibarilə sistem dəyişdirildi və o, vəzifəsindən azad olundu. Əgər vaxtında öz xoşu ilə ərizə yazaraq getsəydi, bu qərar digər əməkdaşların işinə və çörəyinə təsir etməzdi.

Mədəniyyət Nazirliyi tərəfindən verilən bu qərarı oxuyarkən Cənab Prezidentimizin müharibə dönəmində Paşinyana səslənərək dediyi sözlər yada düşür: “Nə oldu, Paşinyan? Yol çəkirdin Cəbrayıla, rəqs edirdin… Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq!”

İndi isə demək istəyirəm: nə oldu, Mehriban Ələkbərzadə? Teatrın içində islahatlar keçirəcəkdin? Bu yolda əlini daşın altına qoymuşdun, lazım gəlsə başını da qoyacaqdın… Sənin hegemonluğuna qarşı çıxanlar haqqında “nə edəcəklər ki, boyları qədər hoppanacaqlar” söyləyirdin. İndi gördün boyumuz hara qədər çatır?

Daşıdığın bədii rəhbər, baş rejissor statusu gorbagor oldu. Bir daha sübut olundu ki, vəzifə beş günlükdür. Ən əsası isə odur ki, vəzifə insanı yüksəltmir… Əksinə, daşıdığı xarakterini və iç dünyasını açıb ortaya qoyaraq kim olduğunu göstərir.

Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək…

Bədii rəhbər olduğun dönəmdə ən böyük “yeniliyin” olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq. Aygün Kazımovanın mahnısı ilə səni yola salırıq: “Sağ-salamat!”

Mehriban Xanlarova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
10
konkret.az

10Mənbələr