BAKI, 27 yanvar. TELEQRAF
Ötən il ərzində işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 191 küçə üzrə 9.153 giriş ünvanı, 2.943 daxili ünvan təyin edilərək Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
Teleqraf xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, 2025-ci il ərzində işğaldan azad edilmiş ərazilərdə torpaq tədqiqatı üzrə 140,2 min ha,geobotaniki tədqiqat üzrə isə 95,5 min ha ərazidə kameral işlər aparılıb. Bununla yanaşı, ümumilikdə 233,7 min ha sahədə laboratoriya işləri yerinə yetirilib.