AZ

Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək

Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Beynəlxalq qış turniri yanvarın 30-da Dünya Atletikası (World Athletics), Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və "Athletics Club" tərəfindən Bakı Atletika Mərkəzində baş tutacaq.

Yarışda 60 m məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.

Seçilən
47
8
fanat.az

9Mənbələr