AZ

Vinisius Real a şərt kəsdi

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vinisius "Real"a şərt kəsdi

"Real"ın futbolçusu Vinisius Junior klubdakı gələcəyi ilə bağlı qərar verib.

QOL.az xəbər verir ki, bu haqda "El Nacional" məlumat yayıb.

Vinger "Real" rəhbərliyinə müqaviləsinin uzadılması məsələsi aprel ayına qədər həll olunmasa, klubdan ayrılmağa hazır olduğunu açıq şəkildə bildirib.

Nasser Əl-Xelayfinin prezidenti olduğu PSJ braziliyalı hücumçu ilə ciddi şəkildə maraqlanır. Vinisiusun bu komandada təxminən 30 milyon avro maaş alacağı barədə şayiələr də var.

Qeyd edək ki, V.Junior 2018-ci ildə "Flamenqo"dan 45 milyon avroya "Real"a keçib. O, bu mövsüm Madrid təmsilçisi ilə 31 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə verib. Vinisiusun "Real"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
qol.az

2Mənbələr