AZ

Fransada uşaqlara sosial şəbəkə qadağası

Fransada 15 yaşdan aşağı şəxslər üçün sosial mediadan istifadəyə qadağa nəzərdə tutan qanun layihəsi Milli Assambleyada qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, qanun layihəsində liseylərdə mobil telefon istifadəsinin qadağan olunması da daxil olmaqla bir sıra müddəalar yer alıb.

Sənədin fevral ayının ortalarında Senatın gündəminə çıxarılacağı və təsdiqlənəcəyi gözlənilir.

Qanun qüvvəyə mindiyi təqdirdə, 2026-cı tədris ilindən etibarən yeni qaydalar tətbiq olunacaq və 15 yaşdan aşağı uşaqlara məxsus olduğu müəyyən edilən sosial media hesabları bağlanacaq.

Fransa Prezidenti Emmanuel Makron da sosial media hesabında paylaşım edərək sözügedən tənzimləməyə dəstəyini ifadə edib.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr