AZ

Qarabağda işlə təmin olunan şəxslərin sayı açıqlanıb

Azad edilmiş ərazilərdə 8 mindən çox şəxs işlə təmin olunub.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin (DMA) sədri Hasil Abbasov ötən ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, keçən il 2 847 vətəndaş işlə təmin edilib, 154 nəfər özünəməşğulluq proqramına cəlb edilib:

"Azad edilən ərazilərdə çalışan vətəndaşların 58 %-i dövlət, 42 %-i özəl sektorda çalışır. Bundan başqa, ötən il ərzində 154 nəfər (52 %-i qadın, 48 %-i kişi) özünüməşğulluq proqramına müxtəlif istiqamətlər üzrə cəlb edilərək aktivlərlə təmin olunub. Bununla da cari dövrədək işğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaları üçün özünüməşğulluq proqramı çərçivəsində dövlət dəstəyi göstərilənlərin sayı 705 nəfərə çatıb. Hazırda 266 nəfərlə özünüməşğulluq proqramı üzrə işlər davam etdirilir".

"Cebheinfo.az"

Seçilən
26
5
cebheinfo.az

8Mənbələr