AZ

ABŞ rəsmi olaraq Paris İqlim Sazişindən ikinci dəfə çıxıb

ABŞ Paris İqlim Sazişindən rəsmi olaraq ikinci dəfə çıxıb. İcra sərəncamı 20 yanvar 2025-ci ildə imzalanıb və BMT-yə həmin ilin 28 yanvarında məlumat verilib. Qərar bu gün qüvvəyə minib...

Poliqon bu barədə Bloomberg-ə istinadən xəbər veror.

ABŞ ilk dəfə 2020-ci ildə, prezident Donald Tramp seçkilərdən qısa müddət əvvəl ölkənin imzasını müqavilədən geri götürdüyü zaman müqavilədən çıxıb. Vəzifəyə başladığı ilk gündə, 20 yanvar 2021-ci ildə Co Bayden müqaviləyə yenidən qoşulan bir sərəncam imzalayıb.

Yanvarın əvvəlində Donald Tramp ABŞ-ın 31 BMT orqanı da daxil olmaqla 66 beynəlxalq təşkilatda maliyyələşdirilməsinə və iştirakına son qoyan memorandum imzalayıb. Ağ Ev bildirib ki, bu təşkilatların çoxu "ölkənin suverenliyinə və iqtisadi maraqlarına zidd olaraq, vergi ödəyiciləri üçün əhəmiyyətli xərclərlə və minimal təsirlə" iqlim və ideoloji gündəmləri təbliğ edir. Donald Trampın ikinci prezidentliyinin başlanğıcından bəri ABŞ həmçinin ÜST, BMT İnsan Hüquqları Şurası və UNRWA-dan da çıxıb.

Paris İqlim Sazişi 2015-ci ilin dekabr ayında imzalanıb və 195 ölkəni bir araya gətirib. Saziş qlobal orta temperaturun sənayeləşmədən əvvəlki səviyyələrlə müqayisədə 1,5-2 dərəcə Selsi ilə məhdudlaşdırılması üçün karbon qazı tullantılarını azaltmaq üçün könüllü öhdəliklər nəzərdə tutur.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr