AZ

Yanacaqdoldurma məntəqəsində unudulan pişik evə qayıtmaq üçün 250 kilometr qət etdi

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransada hamı Filu adlı pişikdən danışır. 

Avtosfer.az xəbər verir ki, fransalı ailə ötən avqustda İspaniyaya istirahətə gedib. Qayıdarkən yanacaqdoldurma məntəqəsində qısa müddətə fasilə zamanı pişik avtomobildən düşür. Ər və arvad hadisədən yalnız ertəsi günxəbər tutur və artıq gec idi. Onlar sosial şəbəkədə məsələ ilə bağlı elan verirlər.

Bu günlərdə Narbon şəhərində yaşayan qadın oxşar əlamətləri olan pişiyin onların həyəti ətrafında dolandığı barədə məlumat verir. Ər və arvad təəccüblənir və tərəddüd edirlər: axı Barselonada itən pişik 250 kilometr yolu necə qət edə bilər? Narbonlu qadının evi onların küçəsindən cəmi 1 kilometr aralıdır! Riyaziyyat elmləri doktoru olan kişi pişiyi görmək üçün qadınla görüş təyin edir və gözlərinə inamır: Filu bir dəri bir sümük qalsa da, doğma şəhərə gəlib çıxa bilmişdi. 

Veterinar həkim isə pişiyin evə qayıtmasını belə izah edib: pişiklər səmti çox gözəl yadda saxlayır, Yerin maqnit sahəsini hiss edir. Onlar hərəkət zamanı Günəşi də nəzərə alırlar. Hazırda pişiklərin bu qabiliyyətini araşdırmaq üçün bir neçə mötəbər məktəb tədqiqat aparır.

Vüqar

Oxunub 50

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr