AZ

MY onunla yolları ayıracaq

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Mövsümün sonunda “Mançester Yunayted”i bir neçə futbolçu tərk edəcək. Onların sırasına Kazemiro da daxil olacaq."Football-plus.az" xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi təcrübəli yarımmüdafiəçisi ilə yolları ayırmaq qərarına gəlib. Bu barədə klubun rəsmi saytının məlumatına görə, braziliyalı futbolçu müqavilə müddəti başa çatandan sonra “qırmızı şeytanlar”la vidalaşacaq. Yəni Kazemiroya yeni təklif irəli sürülməyəcək.Xatırladaq ki, təcrübəli futbolçu İngiltərə nəhənginə 2022-ci ildə “Real”dan keçib. O, cari mövsümdə meydana çıxdığı 18 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
icma.az

2Mənbələr