“Tibbi sığorta haqqında” Qanuna edilən son dəyişikliklərlə icbari tibbi sığorta haqqının hesablanma mexanizmi yenidən müəyyənləşdirilib. Yeniliklər qeyri-dövlət və qeyri-neft/qaz sektorunda çalışan şəxslərə şamil olunur.
Məlumata görə, işəgötürənlər işçilərin aylıq əməkhaqqının 2500 manatadək olan hissəsi üzrə 2 faiz, bu məbləğdən yuxarı hissəsi üzrə isə 0,5 faiz həcmində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Eyni hesablanma qaydası işçilərin öz payına da tətbiq olunacaq.
Qeyd edək ki, əvvəlki qaydalara əsasən bu hesablama 8000 manat həddi üzrə aparılırdı. Yeni dəyişikliklə sığortahaqqının hesablanmasında tətbiq olunan yuxarı limit azaldılıb.
Dəyişikliklər barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.