Sverdlovskda dəmir yolunda terror aktı planlaşdıran 3 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Rusiyanın Sverdlovsk vilayətində Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə dəmir yolu infrastrukturunda terror aktı hazırlayan üç Rusiya vətəndaşı saxlanılıb.
Qurumun məlumatına görə, saxlanılan şəxslər Ukrayna tərəfi ilə özləri əlaqə yaradıb və onlardan müvafiq tapşırıqlar alıblar.
Əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilərin Ukraynadan olan kuratorla yazışmaları, habelə əldəqayırma yandırıcı qurğuların hazırlanması üçün təlimatlar və müvafiq komponentlər aşkar edilərək götürülüb.
Xuraman Etibarlı
İnterpress.az