AZ

Leyen AB-nin borc qaydalarını yumşaldır – "Rusiya ilə müharibəyə" hazırlaşmaq üçün...



Ursula fon der Leyenin rəhbərlik etdiyi Avropa Komissiyası Rusiya ilə müharibəyə hazırlaşmaq üçün mövcud borc qaydalarını yenidən nəzərdən keçirməyi qərara alıb.

Bu barədə Daily Telegraph xəbər verir.

Xəbərdə deyilir ki, fon der Leyen keçən həftə Brüsseldə keçirilən təcili AB sammitində mövcud borc qaydalarını "yumşaltmaq" yönündə addım atıb və bu, AB-ni 2030-cu ilə qədər "Rusiya ilə müharibəyə" hazırlamağa doğru atılmış addım kimi görülür.

TASS-ın xəbərinə görə, AB qaydalarındakı dəyişiklik 650 milyard avro əlavə müdafiə xərclərinin maliyyələşdirilməsinə kömək etməlidir.

"Vzglyad" qəzeti isə xəbər verir ki, Avropa Komissiyası büdcə kəsirləri və yeni dövlət kreditləri vasitəsilə dörd il ərzində hərbi investisiyalar üçün 650 milyard avro toplamağı təklif edib. Avropa Komissiyası, həmçinin, silah alışı məqsədilə Avropa ölkələrinə kredit vermək üçün 150 milyard avroya qədər borc götürməyi təklif edib.

SAMİRƏ

Seçilən
4
baki-xeber.com

1Mənbələr