AZ

Türkiyənin erməni ailələrinə yardım xəbəri rəsmən təkzib olundu



Türkiyə Kommunikasiya Nazirliyinin Dezinformasiyalarla Mücadilə Mərkəzi son günlər mətbuatda yayılan, Prezident Rəcəb Tayyib Ərdoğanın guya Ermənistanda ölən əsgərlərin ailələrinə yardım ayrılması üçün sərəncam verməsi xəbərinə dair açıqlama yayıb.

“Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın “Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman imzaladığı” iddiaları tamamilə əsassızdır”- Mərkəzin X sosial hesabında yayılan açıqlamada deyilir.

SAMİRƏ

Seçilən
2
baki-xeber.com

1Mənbələr