AZ

Erməni oliqarx Azərbaycandan şəkər və yanacaq almaq üçün danışıqlara başladı – “Hraparak”

Ermənistanın “şəkər kralı” Azərbaycandan məhsul almaq üçün danışıqlara başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Ermənistan parlamentinin keçmiş deputatı, sahibkar və ölkənin şəkər idxalı bazarının inhisarçısı olan Samvel Aleksanyan Azərbaycandan şəkər tozu tədarük etmək üçün danışıqlar aparır. Hakimiyyətə yaxın mənbələrə istinadən verilən məlumata görə, iş adamı yaxın gələcəkdə Ermənistana Azərbaycandan şəkər idxal etməyi planlaşdırır.

Bildirilir ki, Aleksanyan şəkərlə yanaşı, Azərbaycandan 4-cü növ taxıl və dizel yanacağının gətirilməsini də nəzərdə tutur.

Nəşr qeyd edir ki, taxıl idxalı ilə məşğul olan şirkət birbaşa Samvel Aleksanyana məxsusdur. Azərbaycandan benzin gətirən idxalçılar sırasında isə iş adamının həyat yoldaşının qardaşı Samvel Mkrtçyana məxsus “Shisha World” şirkəti yer alır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
63
interpress.az

1Mənbələr