Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 73 milyard 539,7 milyon ABŞ dolları təşkil edib.
Bu barədə "Far.Az" Fonda istinadən xəbər verir.
Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13 milyard 510,2 milyon ABŞ dolları və yaxud 22,5 % çoxdur.
Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 70,4 %-i (51 milyard 772,4 milyon) ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 3,9 faiz bəndi çoxdur.
Əvəzində investisiya portfelində avronun payı 3,6 faiz bəndi azalaraq 17,5 %-ə (10 milyard 926,5 milyon) düşüb.
Hesabat dövründə portfeldə ingilis funt sterlinqinin payı dəyişməyərək 4,9 % (2 milyard 659,3 milyon), Çin yuanının payı 1,3 faiz bəndi azalaraq 2,2 % (11 milyard 447,5 milyon), yapon yeninin payı 0,1 faiz bəndi azalaraq 1,3 % (150 milyon 938,9 min), digər xarici valyutaların payı isə 1,1 faiz bəndi artaraq 3,7 % (2 milyard 703 milyon dollar ekvivalentində) təşkil edib.