Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Pedri növbəti bəxtsizliklə üzləşib. O, yenə zədələnib."Football-plus.az" xəbər verir ki, “Barselona”nın 23 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının “Slaviya” ilə oyununda (4:2) sıradan çıxıb. O, oyuna davam edə bilməyib və 61-ci dəqiqədə Dani Olmo ilə əvəzlənib. Pedri artıq tibbi müayinədən keçib. Klubun yaydığı məlumata görə, ispaniyalı futbolçunun bud əzləsində zədə aşkarlanıb. Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.Qeyd edək ki, Pedri Praqada keçirilən matçda Femin Lopesin 42-ci dəqiqədə vurduğu qolun ötürməsini verib. O, cari mövsümdə 16 matça çıxıb, 2 qol vurub və 5 qolun ötürməsini verib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.