AZ

İntibah dan Yeni Respublika ya Makronun partiyası adını dəyişir

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

"Mən partiya üzvlərini səsvermə keçirməyə çağırdım və 70 faizdən çoxu mövcud adı dəyişdirmək istədi”

Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İntibah" Partiyası yenidən adını dəyişir. Bu, 10 ildə dördüncü dəfə ad dəyişmədir. AYNA.AZ xəbər verir ki, bu barədə partiyanın sədri Qabriel Attal RTL radiosunun efirində deyib.

"Mən partiya üzvlərini səsvermə keçirməyə çağırdım və 70 faizdən çoxu mövcud adı dəyişdirmək istədi. Qərara alındı ​​ki, adın layihəyə uyğun olması lazımdır; ideologiyanı və siyasət təklifini daha yaxşı əks etdirmək üçün ad dəyişdirilə bilər", - deyə o bildirib.

Məlumata görə, partiya "Yeni Respublika" adlandırılacaq. Ad dəyişikliyi mart ayında keçiriləcək bələdiyyə seçkilərindən sonra baş verə bilər.

Layihənin təşəbbüskarlarından biri RTL-ə verdiyi müsahibədə qeyd edib

Qeyd olunur ki, ad dəyişikliyi 2027-ci il prezident seçkilərinə hazırlıq mərhələlərindən biridir.

Xatırladaq ki, Makronun qurucusu olduğu partiya 2016-cı ildə "En Marche" ("Yürüşdə") adı ilə təsis edilib. 2017-ci ildən 2022-ci ilə qədər "La République en Marche" ("Yürüşdə Respublika") adlandırılıb və daha sonra "Renaissance" (“İntibah”) adlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
ayna.az

1Mənbələr