AZ

Azərbaycan nefti ucuzlaşdı

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,48 ABŞ dolları və ya 0,7% azalaraq 67,86 dollar təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,78% ucuzlaşaraq 65,25 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,51 dollar və ya 1,38% azalaraq, 36,56 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,45 dollar və ya 0,66% azalaraq 67,82 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
58
22
kommersant.az

10Mənbələr