AZ

Fransa parlamentinin aşağı palatası 15 yaşdan kiçik yeniyetmələr üçün sosial medianın qadağan edilməsinə səs verib

Fransanın Milli Assambleyası ilk oxunuşda 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyan qanun layihəsini qəbul edib. Oxuməni.az-ın “Franceinfo”-ya istinadən verdiyi məlumata görə, səsvermə yanvarın 27-nə keçən gecə baş tutub. Qanun layihəsinin qəbul edilmasının lehinə 116 deputat səs verib.

Fransa Prezidenti Emmanuel Makron hökumətdən qanunun qəbul edilməsi prosedurunu sürətləndirməyi xahiş edib. Onun sözlərinə görə, qadağa gələn tədris ilinin, yəni 1 sentyabr 2026-cı il tarixindən əvvəl tətbiq edilməlidir. O, X (keçmiş Twitter) hesabında "Çünki uşaqlarımızın beyni satılmır. Nə Amerika platformalarına, nə də Çin telekanallarına. Çünki onların xəyalları alqoritmlər tərəfindən diktə edilə bilməz" yazıb.

2025-ci ilin iyun ayında Makron uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoymaq planlarını açıqlayıb. Onun sözlərinə görə, sosial şəbəkələr gənclərin, xüsusən də təzyiqə və zorakılıq səhnələri olan məzmunlara daha həssas olduqları yaşda psixi sağlamlığı üçün təhlükəlidir.

2025-ci ilin sonlarında Fransa hökuməti iki hissədən ibarət müvafiq qanun layihəsi hazırlayıb. İkinci təklif orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulmasını nəzərdə tutur.

Almaz Həsənli

Seçilən
32
1
oxumeni.az

2Mənbələr