Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)investisiya portfelində istiqrazlar və pul bazarı alətlərininxüsusi çəkisi 29,8%-ə bərabər olub.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, bu, əvvəlki ilə nisbətən 17,1 faiz bəndiazdır.
Eyni zamanda hesabat dövründə ARDNF-nin investisiya portfelindəsəhmlərin payı isə 25,6% təşkil edib ki, bu da illik müqayisədə 1faiz bəndi azdır.
Bundan başqa, Fondun investisiya portfelində qızılın payı20,6%-dən (127 ton) 38,2%-ə (200 ton) yüksəlib.
Hesabat dövründə ARDNF-nin investisiya portfelində daşınmazəmlak və infrastrukturun payı isə əvvəlki ilin eyni dövrü iləmüqayisədə 0,5 faiz bəndi artaraq 6,4%-ə çatıb.
Hesabat dövrünə ARDNF-nin investisiya portfelinin dəyəri 73,540milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin eyni dövrünənisbətən 13,5 milyard ABŞ dolları və ya 22,5% artım deməkdir.