AZ

Türkiyə Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməyib



Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olmuş hərbçilərin ailələrinə yardım etməsi ilə bağlı xəbərləri təkzib edib.

Newscenter.az-ın məlumatına görə, bu barədə Dezinformasiya ilə Mübarizə Şöbəsi məlumat yayıb.

Qeyd olunub ki, Ermənistana 10 milyon dollarlıq yardımla bağlı iddialar dezinformasiyadır:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ermənistanda ölən əsgərlərin ailələrinə və ehtiyacı olan şəxslərə 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı fərman" imzaladığı iddiaları tamamilə əsassızdır. İctimaiyyətin ölkəmizi və Türkiyə–Azərbaycan münasibətlərini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə almasını vacib hesab edirik".

Süleyman
Seçilən
12
17
newscenter.az

10Mənbələr