AZ

Venesuelada Maduronun azadlığa buraxılması tələb olunu

Venesuelada xalq Maduro üçün azadlıq istəyirlər.

ABŞ-ın 3 yanvarda Venesuelaya qarşı hərbi müdaxiləsindən sonra ictimaiyyət prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin azadlığa buraxılmasını tələb edir.

Bu kontekstdə Venesuela küçələrində etirazlar davam edir.

Venesuelalılar ABŞ-a qarşı etiraz etmək üçün Karakasın tarixi Bolivar Meydanında (Plaza Bolivar de Caracas) toplaşıb, eyni zamanda Maduronun azadlığa buraxılması və ölkəyə qayıtması üçün dua ediblər.

Maduronun oğlu, millət vəkili Nikolas Maduro Guerra da meydandakı çıxışında ABŞ-ın 3 yanvar hücumunun ölkədə "silinməz" bir iz buraxdığını və həmin günü "heç vaxt" unutmayacaqlarını vurğulayıb.

ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini xatırladan Maduro Guerra bildirib ki , "Hər dəfə güzgüyə baxanda baş verənləri xatırlayacağıq; apardığımız diplomatiyanı və sülh çağırışlarını unuda bilmərik. Ölkəmizi sülhə, gələcəyə, rifaha və qələbəyə doğru gücləndirməyə davam edəcəyik".

Seçilən
13
aznews.az

1Mənbələr