AZ

Qazaxıstan Holokost zamanı deportasiya edilmiş bir çox yəhudiyə ev sahibliyi edib

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Beynəlxalq Holokost Qurbanlarının Anım Günü münasibətilə İsrail prezidenti İzak Hersoqa teleqram göndərib.Newscenter.az Akorda-ya istinadən bildirir ki, teleqramda Qasım-Jomart Tokayev Qazaxıstan xalqının Holokost zamanı həlak olan milyonlarla günahsız qurbanı xatırladığını bildirib."Ölkəmiz hər hansı bir etnik və dini nifrət və zorakılıq formasını qəti şəkildə pisləyir və insanlığa qarşı bu cür cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin birgə səylərini dəstəkləyir. Qazaxıstan Holokost zamanı deportasiya edilmiş bir çox yəhudiyə ev sahibliyi edib. Bu gün yəhudi icması cəmiyyətimizin ayrılmaz hissəsidir", - teleqramda deyilir.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
newscenter.az

2Mənbələr