İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Ponorogo bölgəsindən 19 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Təxminən 127 kilometr dərinlikdə baş verən 5,7 bal gücündə zəlzələdə heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.