AZ

Məhbuslarla bağlı yenilik artıq onlar da...

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Cəzaçəkmə müəssisələrində olan şəxslər də icbari tibbi sığortadan yararlana biləcək”.

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” Qanununa edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib:

"Belə ki, artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) də icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi təmin edilir. Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda, xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manatadək maliyyə vəsaiti ayrılıb".

Sədr həmçinin vurğulayıb ki, Agentlik Azərbaycan vətəndaşlarının, qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin icbari tibbi sığortadan yararlanmasını təmin edir

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
modern.az

10Mənbələr