AZ

Qeyri formal çalışanlar icbari tibbi sığortanı özləri ödəyəcək Zaur Əliyev

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış edəcəklər.Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflərə dair keçirilən üzrə mətbuat konfransında deyib.O, bildirib ki, bununla bağlı Nazirlər Kabinetinin qərarı var və müvafiq qurumlar qaydaları təqdim etməlidirlər:"Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərin siyahısı təsdiqlənənədək, onlar sığorta xidmətlərindən istifadə etməyə davam edəcəklər".Onun sözlərinə görə, sığorta haqqının hesablanmasında dəyişiklik olunub:"Belə ki, qeyri - dövlət neft -qaz sektorunda çalışanlar üzrə 2500 manatadək gəlirə görə 2 faiz, 2500 manatdan yuxarı hissəyə görə isə 0.5 faiz sığorta haqqı tətbiq olunur. Əvvəl isə bu hədd 8000 manat idi".Günay Şahmar, Sadiq Məmmədov, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
bizim.media

2Mənbələr