AZ

Ərlə arvad bir-birinin maşınını etibarnaməsiz sürə bilər?

Azərbaycanda ərlə arvadın bir-birinin avtomobillərini etibarnaməsiz idarə etmələri məsələsi tez-tez gündəmə gəlir. Söhbət ondan gedir ki, tərəflər avtomobilin birgə mülkiyyət olmasını əsas gətirərək etibarnaməyə ehtiyac görmürlər.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məsələdə iddialardan biri də nikah şəhadətnaməsinin etibarnamə olmadan ər-arvadın bir-birinin avtomobillərini idarə etməyə imkan verməsidir.

Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir?

İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə edilməsinə görə 40 manat məbləğində cərimə edilir. Başqa sözlə, sahibi avtomobildə deyilsə, nəqliyyat vasitəsi etibarnamə ilə idarə edilməlidir. Ailə Məcəlləsinin 32-ci maddəsində isə deyilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Elə ərlə arvadın bir-birinin maşınlarını etibarnaməyə ehtiyac olmadan idarə etmələrində haqlı saymaları da Ailə Məcəlləsinin sözügedən bəndindən irəli gəlir. Lakin həmin Məcəllənin 34-cü maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Başqa sözlə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılsa da, ondan istifadə və digər hüquqlar ər və arvadın qarşılıqlı razılığı ilə baş tutmalıdır.

Seçilən
34
5
publika.az

6Mənbələr