AZ

“Nəzəriyyə başqadı, praktika başqa”

MBA rəhbərliyinin Avropada bu qitənin aparıcı basketbol klubları arasında turnir keçirmək ideyası, Avroliqanın isə bu ideyanı hiddətlə qarşılaması haqda yazmışdıq.

"Football-plus.az" xəbər verir ki, Avroliqanın baş direktoru Paulyus Moteyunas növbəti dəfə bu mövzuya toxunub:
“MBA artıq bir ildi anons və elan verir, ancaq hələ də yapışmaq mümkün olan konkret bir şey yoxdu. Odu ki, biznesmenlər, klub sahibləri bunun artıq işlənmiş vala bənzədiyini görür: “Bir qədər sonra elan edəcəyik... Start yaxındadı”. Biz yalnız planlar və hər şeyin necə möhtəşəm olacağı, potensialın böyüklüyü haqda odalar eşitmişik. Ancaq nəzəriyyə başqadı, praktika başqa. Biz artıq 26 ildi burdayıq, Avroliqanın necə fəaliyyət göstərdiyini bilirik”.
Seçilən
14
1
football-plus.az

2Mənbələr