AZ

“Neftçi”nin baş məşqçisi millinin üzvünü komandada istəmir

“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun  planlarında yer almayan ilk futbolçu Alessio Kurçidir.

İdmanxeber.az xəbər verir ki, Lüksemburq millisinin üzvü olan cinah oyunçusu son vaxtlar nəinki start heyətində, hətta matçın iştirak ərizəsində belə yer almır.

Bu mövsüm meydana çıxdığı oyunlarda 1 qol və 1 assistlə yadda qalan Kurçi mütəxəssisin gələcək planlarına daxil deyil.

Futbolçunun “ağ-qaralar”la müqaviləsi davam etsə də, rəhbərlik yayda onunla yolları ayırmaq üçün danışıqlara başlayacaq.

 

Seçilən
19
idmanxeber.az

1Mənbələr