AZ

Rusiya “Karapetyan kartı”nı İŞƏ SALDI Kremldən Ermənistana qarşı GÖZLƏNİLMƏZ HƏMLƏ

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Ermənistana təzyiqləri daha da artır. Politoloq Aleksandr Duqin və telejurnalist Vladimir Solovyovun ardınca Rusiya  Dövlət Dumasının “Yeni adamlar” fraksiyası da Ermənistan baş naziri Paşinyana qarşı açıq hücuma keçib.Bu fraksiya Ermənistanda rus iş adamı Samvel Karapetyana qarşı açılan cinayət işini siyasi xarakterli iş kimi dəyərləndirərək, onun  işinə obyektiv və qərəzsiz baxılmasını tələb edib.Fraksiyasının lideri Vladislav Davankov bildirib ki, Rusiyaya səfər edəcək Ermənistan parlamentinin sədri ilə görüşüb, Karapetyanın məsələsini müzakirə etməyi planlaşdırırlar.Görünən odur ki, Rusiya Karapetyan məsələsindən İrəvana ciddi şəkildə təzyiq göstərmək aləti kimi istifadə etməyə çalışır.Moskvada İrəvana qarşı hansı plan hazırlanır? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiyanın planı Ermənistanı tamamilə öz orbitində saxlamaq, Qərblə yaxınlaşma imkanlarını məhdudlaşdırmaq və daxili siyasətdə özünə loyal qüvvələri gücləndirməkdir:“Rusiya Dövlət Dumasının Samvel Karapetyanın müdafiəsinə qalxması əslində Moskvanın Ermənistan siyasətindəki köhnə və ziddiyyətli yanaşmalarını bir daha üzə çıxarır. Rusiya bu addımı ilə göstərir ki, Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməkdən çəkinmir və öz maraqlarını qorumaq üçün hər vasitədən istifadə edir.Karapetyana qarşı açılan cinayət işini “siyasi motivli” adlandırmaq Kremlin İrəvan hakimiyyətinə açıq təzyiqidir. Bu, Moskvanın Ermənistanın suverenliyinə hörmət etmədiyini, əksinə, daxili işlərə qarışaraq öz təsir dairəsini qorumağa çalışdığını göstərir”.Politoloq hesab edir ki, Rusiyanın bu mövqeyi həm də regionda balansı pozur:“Ermənistanın Qərbə inteqrasiya cəhdləri Moskva tərəfindən daim təhdid kimi qəbul edilir. Buna görə də Rusiya İrəvanda özünə yaxın biznes dairələrini və siyasi fiqurları müdafiə etməklə, hakimiyyətə mesaj verir: “Bizim maraqlarımızı nəzərə almadan siyasət aparmaq olmaz.”Bu yanaşma Ermənistan cəmiyyətində narazılıq doğurur, çünki Moskva faktiki olaraq ölkənin daxili siyasi müstəqilliyini məhdudlaşdırır. Bu isə Ermənistanın demokratik inkişafına, iqtisadi müstəqilliyinə və regional balanslara mənfi təsir göstərir”.Rusiyanın cəza mexanizmi

 

Həmsöhbətimiz qeyd edir ki, Rusiya öz maraqlarını qorumaq üçün Ermənistanın daxili sabitliyini qurban verməyə belə hazırdır:

“Karapetyan məsələsi sadəcə bir iş adamının müdafiəsi deyil, Kremlin İrəvana qarşı daha geniş təzyiq strategiyasının tərkib hissəsidir. Bu, Rusiyanın regionda hələ də köhnə imperialist reflekslərlə hərəkət etdiyini və müstəqil siyasət yürütmək istəyən qonşularını daim cəzalandırmaq niyyətində olduğunu açıq şəkildə göstərir”.Rüfət Sultan, Bizim.Media  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
59
1
bizim.media

10Mənbələr