Azərbaycanın FİFA referisi Hikmət Qafarlı futzal üzrə Avropa çempionatının final mərhələsində daha bir oyunda iş başında olub.
Fanat.Az xəbər verir ki, həmyerlimiz B qrupunda keçirilən Ukrayna-Litva oyununun birinci hakimi olub.
Qafarlıya İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək ediblər.
Kaunasdakı “Jalgiris Arena”da keçirilən matçda Ukrayna yığması 4:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutmuş Ermənistan - Ukrayna görüşünə olmuşdu. Timekeeper kimi iş başında olan Qafarlı bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxıb.