Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Həyatımızda süni intellektin təsir etməyəcəyi heç bir sahə qalmayacaq.
“APA-Economics” xəbər verir ki, bu fikirləri bu gün “Ookla”nın prezidenti və Baş İcraçı Direktoru (CEO) Stephen Bye “Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti”ndə çıxışı zamanı deyib.“O, gördüyümüz hər işə, qarşılıqlı əlaqədə olduğumuz bütün məzmunlara təsir edəcək. Necə öyrəndiyimizə, necə ünsiyyət qurduğumuza, necə sosiallaşdığımıza təsir göstərəcək”, - deyə S.Bye əlavə edib.“Ookla” prezidenti deyib ki, süni intellektlə bağlı maraqlı məqam odur ki, bu imkanları reallaşdırmaq üçün etibarlı və ardıcıl bağlantı lazımdır:
“Buna görə də bu gün nə qədər vacibdirsə, gələcəkdə bağlantının əhəmiyyəti daha da artacaq. Çünki tətbiq olunan texnologiyalara baxdıqda, istər məlumat mərkəzlərində, istər mərkəzləşdirilmiş, istər paylanmış sistemlərdə olsun, bağlantı olmadan və həmin məzmuna çıxış üçün mobil cihaz olmadan süni intellektdən istifadə etmək və onun potensialını açmaq mümkün deyil.
Süni intellekt sadəcə olaraq şəbəkələr üzərində daha çox təzyiq yaradacaq və performansın yüksəldilməsi üçün daha yüksək tələblər formalaşdıracaq. Bu, gələcəkdə istənilən rəqəmsal iqtisadiyyatın kritik tərkib hissəsi olacaq. Hər bir qonaq təcrübəsi də həmin bağlantı və mövcud texnologiyalar vasitəsilə formalaşacaq”.
O qeyd edib ki, şəbəkələrin keyfiyyətinin yaxşılaşdırılması “Ookla”nın gördüyü işlərin əsasını təşkil edir:“Biz bu şəbəkələrin performansını ölçürük, onu yüksəldirik və bu gün sahib olduğumuz alət və həllər vasitəsilə müştərilərimizə həmin şəbəkələrin keyfiyyətini artırmağa kömək edirik.
Dünya daha çox əlaqəli olduqca, daha çox cihaz şəbəkəyə qoşulduqca və bu şəbəkələr üzərindən ötürülən məlumatların həcmi artdıqca, eyni zamanda bu şəbəkələr daha mürəkkəb və idarə olunması daha çətin hala gəlir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.