AZ

ABŞ-da “YouTube”, “Meta” və “TikTok”la bağlı səsküylü məhkəmə prosesi başlayır

Bakı. Trend:

Dünyanın ən böyük üç texnologiya şirkəti — “Meta” , “ByteDance”və “Google” (müvafiq olaraq “Instagram”, “TikTok” və “YouTube”)uşaqları qəsdən öz platformalarına aludə etmələri və onlara zərərvermələri iddiaları ilə bağlı Los-Ancelesdə səs-küylü məhkəməprosesi ilə üzləşirlər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Los-Anceles dairə Məhkəməsində münsiflər heyətinin seçimi buhəftə başlayır. Bu, şirkətlərin ilk dəfə öz mövqelərini andlımünsiflər qarşısında müdafiə edəcəyi prosesdir və nəticə onlarınbiznes fəaliyyətinə, eləcə də platformalarda uşaqlarla bağlısiyasətlərinə ciddi təsir göstərə bilər.

Seçim prosesinin ən azı bir neçə gün davam edəcəyi gözlənilir.Cümə axşamınadək hər gün 75 andlı münsif olmağa namizədindindirilməsi planlaşdırılır. İddiada adı keçən dördüncü şirkət —“Snapchat” platformasının sahibi olan “Snap Inc.” ötən həftəməbləği açıqlanmayan razılaşma yolu ilə işi dinc şəkildə yolunaqoyub.

İşin mərkəzində yalnız “KGM” baş hərfləri ilə tanıdılan 19 yaşlıbir şəxs dayanır. Onun qaldırdığı iddia sosial media şirkətlərinəqarşı açılmış minlərlə oxşar məhkəmə iddiasının gələcək taleyinimüəyyən edə və presedentə çevrilə bilər.

KGM iddia edir ki, erkən yaşlardan sosial mediadan istifadə onutexnologiyaya asılı vəziyyətə salıb və psixoloji problemlərini dahada ağırlaşdırıb. İddia ərizəsində vurğulanır ki, şirkətlər mənfəətiartırmaq məqsədilə uşaqlar üçün platformaları daha cəlbedici vəasılılıq yaradan etmək üçün qəsdən təlqinedici dizayn seçimləritətbiq ediblər.

Meta-nın baş icraçı direktoru Mark Zuckerberg də daxil olmaqlaşirkət rəhbərlərinin məhkəmədə ifadə verməsi gözlənilir.

Məqalədə:
Seçilən
78
1
az.trend.az

2Mənbələr