Nigeriya Prezidenti Bola Əhməd Tinubu, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə üç günlük rəsmi səfərə gəlib.
Publika.az xəbər verir ki, Prezidentin Kommunikasiya direktoru Burhanəddin Duran sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, "Səfər çərçivəsində 27 yanvar çərşənbə axşamı (bu gün) keçiriləcək görüşlərdə Türkiyə ilə Nigeriya arasında ikitərəfli münasibətlər hər cəhətdən nəzərdən keçiriləcək və əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş müqavilələrin imzalanması planlaşdırılır".
Səfər zamanı müdafiə sənayesi üzrə görüş keçirilməsinin nəzərdə tutulduğu da bildirilib. Bu arada, Xarici işlər naziri Hakan Fidan Ankarada Nigeriya Federal Respublikasının xarici işlər naziri Yusuf Maitama Tuğqar ilə görüşüb.