AZ

"Məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək"

Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin tibbi təminatı ilə bağlı yeni tədbirlər nəzərdə tutulub. 

Milli.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və hədəflər üzrə keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə zəruri tibbi avadanlıq və ya mütəxəssis olmadıqda, məhkumlara göstərilən tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək.

Bildirib ki, il ərzində 1500 nəfərədək şəxsin tibbi xidmətlə əhatə olunması planlaşdırılır.

Layihənin maliyyələşdirilməsi üçün isə 200 min manatadək vəsaitin ayrılması nəzərdə tutulub.

Mina Mikayılova
Milli.Az

Seçilən
23
1
milli.az

2Mənbələr