AZ

Nuriyev bərabərliyi ədalətli nəticə hesab edir

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Zirə” Premyer Liqanın XVII turunda “Neftçi” ilə səfərdə heç-heçə edib – 0:0.

“Qartallar”ın futbolçusu Ceyhun Nuriyev “Futbolpress.az“a açıqlamasında matçla bağlı fikirlərini bölüşdü:

“Antalya hazırlığımız normal keçdi. Yoldaşlıq oyunlarında yaxşı intensivlik oldu. İlk gündən son günə nisbətən formaya düşdük. “Neftçi” ilə oyunun gedişatına görə bərabərliyi ədalətli nəticə hesab edirəm. Çoxlu keçidlər olan oyun oldu. Çətin matç idi. Qələbə qazanmaq istəyirdik, ancaq bu nəticə də normal idi”.

Nuriyev turnir cədvəlində dördüncü sıraya geriləmələrindən və növbəti turun “Sabah”la oyunundan söz açdı:

“Geriləməyin komandaya mənfi təsiri olacağını düşünmürəm. Son 2 mövsüm çox arxadan gəlib 2-ci olmuşuq. Öz oyunlarımızda xallar qazanıb, yuxarı qalxmağa çalışacayıq. “Sabah”la oyuna qələbə üçün çıxacıyıq. Bu dəqiqə bizim üçün vacib olan budu. Oyunun ağır olacağı dəqiqdi. İnşallah nəticə istədiyimiz kimi olar”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
futbolpress.az

1Mənbələr