AZ

Ştefan Lixtştaynerin yeni klubu müəyyənləşdi

style='margin-bottom:10px;'>

İsveçrə millisinin, "Yuventus"un və "Arsenal"ın sabiq müdafiəçisi Ştefan Lixtştaynerin yeni iş yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Bazel"ə (İsveçrə) baş məşqçilik edəcək. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Lixtştaynerlə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

O, 2022-2024-cü illərdə "Bazel"in gənclərdən ibarət komandalarıını çalışdırıb, daha sonra "Vettsvil-Bonstetten"ə rəhbərlik edib.

Qeyd edək ki, Ştefan Lixtştayner futbolçu karyerası ərzində "Yuventus" və "Arsenal"la yanaşı, "Qrasshopper", "Lill", "Latsio" və "Auqsburq"da da oynayıb. O, "Yuventus"la 7 dəfə İtaliya çempionu olub. Həmçinin keçmiş oyunçu 2005-2019-cu ildə İsveçrə millisinin formasını geyinib.

Seçilən
78
teleqraf.com

1Mənbələr