AZ

Hüquqi şəxslər banka gəlmədən biznes hesabı aça biləcəklər!

Bakı. Trend:

Yelo Bank biznes müştərilərinə daha çox rahatlıq gətirən yenixidmətini istifadəyə verdi. Artıq hüquqi şəxslər banka gəlmədən tamrəqəmsal və təhlükəsiz formada İnternet Bankçılıq platformasıüzərindən pulsuz biznes hesabı aça bilirlər.

Bu yenilik rəqəmsal biznes mühitinin sürətlə artdığı bir dövrdəşirkətlər üçün vaxt və rahatlıq qazandırır. Sadə interfeys vəintuitiv addımlar prosesi daha da rahat edir.

Belə ki, müştəri İnternet Bankçılıq səhifəsinə daxil olaraq“Qeydiyyatdan keç” düyməsini seçir. Hesab açılışı üçün sorğunudoldurub, valyuta seçir. Hüquqi şəxsə aid məlumatlar sistemtərəfindən avtomatik əlavə olunur, bu da müştəriyə əlavə vaxtqazandırır. Sənədlər formalaşdırılır və ASAN İmza ilə imzalanır.Müştəri istəyə bağlı olaraq sənədlərini şəxsi e-mail ünvanınagöndərə bilər. Daha sonra SİMA-nın videozəng həlli vasitəsiləməsafədən şəxsin identifikasiyası aparılır. Uğurluidentifikasiyadan sonra biznes hesabı həmin gün aktivləşir. Qeydedək ki, xidmət hazırda yalnız yeni müştərilər üçün iş günləri saat09:00–17:00 arası aktivdir.

Biznes hesabı aktivləşən kimi müştəri İnternet Bankçılıq xidmətindəistənilən əməliyyatı gerçəkləşdirə bilər. Qeyd edək ki, Yeloİnternet Bankçılığın imkanları bununla bitmir. Müştəri həmkompyuterdə, həm də mobil telefonda İnternet Bankçılıq xidmətinieyni rahatlıqla istifadə edə bilər. Hesab üzrə əməliyyatlar,əməkhaqqı ödənişləri, ölkədaxili və xarici köçürmələr, kreditsifarişi, konvertasiya və digər zəruri bank əməliyyatlarının hamısıbir neçə kliklə həyata keçirilir.

Yelo Bank ilə biznes hesabı açmaq indi sadə, etibarlı və rahatdır.Xidmətdən istifadə üçün: https://ylb.az/ibank.

Bizneskrediti şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinəzəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Seçilən
14
7
az.trend.az

8Mənbələr