AZ

Finlandiya Baş naziri Putininlə danışıqlara hazır olduğunu bildirib

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiyanın Prezidenti Vladimir Putinlə danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Bununla belə, o hesab edir ki, hələlik bu dialoqa başlamağın zamanı çatmayıb.

Editor.az xəbər verir ki, Baş nazir bu fikirləri Finlandiyanın Iltalehti nəşrinə verdiyi müsahibədə səsləndirib.

Orponun sözlərinə görə, mövcud vəziyyət əbədi davam edə bilməz və müəyyən mərhələdə Avropa liderləri Moskva ilə dialoqa başlamağa məcbur olacaqlar. O vurğulayıb ki, Ukraynada sülhün əldə olunması da məhz bu dialoqdan asılıdır.

Məqalədə qeyd olunur ki, Orpo suala cavabında Rusiya Prezidenti Vladimir Putinlə eyni masa arxasında əyləşə biləcəyini, lakin danışıqlara başlamaq üçün hələ uyğun vaxtın yetişmədiyini bildirib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov isə yanvarın 24-də verdiyi açıqlamada Qərb ölkələrində mövcud siyasi liderlər vəzifələrini tərk etdikdən sonra Rusiya ilə Avropa arasında münasibətlərin yaxşılaşacağını bəyan edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr