AZ

Sudan Lideri: “Əvvəlcə Allaha, sonra Ərdoğana güvənirik”

Sudan Suverenlik Şurasının sədri Əbdülfətah əl-Burhan, ölkədəki müharibədə Çevik Dəstək Qüvvələrinə (HDK) qarşı mübarizənin sona qədər davam etdiriləcəyini bildirib və Türkiyəyə böyük etibar göstərdiklərini vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, Burhan, Türkiyə mediasına verdiyi müsahibədə, 2023-cü ilin aprelində başlayan qarşıdurmaların böyük insan və maddi itkilərə səbəb olduğunu və Sudan xalqının müharibənin yaratdığı əzabları dərindən hiss etdiyini söyləyib. O, HDK-ya qarşı sudanlıların birləşərək mübarizə apardıqlarını qeyd edib.

Sudan lideri, HDK-nın zərərsizləşdirilməsindən sonra sülhün bərqərar ola biləcəyini bildirib və bu məsələnin həllinin silahların yerə qoyulması və təslim olmaqla mümkünsüz olmadığını vurğulayıb. Burhan, bəzi ölkələrin HDK-nın lehinə atəşkəs elan etməyə çalışdığını, bunun isə yalnız böhranın həllini gecikdirdiyini bildirib.

Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) HDK-nı dəstəkləməkdə ittiham edən Burhan, Türkiyə və Qətərin münaqişə üzrə vasitəçilər olmasını istədiyini, lakin bu təklifin qəbul edilmədiyini açıqlayıb.

Sudan lideri, Türkiyəyə duyduğu güvəni isə belə ifadə edib: “Əvvəlcə Allaha, sonra Ərdoğana güvənirik”. O, həmçinin Türkiyənin, Misirin, Qətərin və Səudiyyə Ərəbistanının Sudan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edib və Türkiyə ilə münasibətlərin yalnız hərbi sahədə deyil, digər sahələrdə də dərinləşdirilməsini istədiyini bildirib.

Seçilən
38
veteninfo.az

1Mənbələr