AZ

YAP Sədrinin müavini Vyetnamda

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yanvarın 26-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Vyetnam Sosialist Respublikasına səfəri çərçivəsində Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam ilə görüşüb.

Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin dərin tarixi köklərə malik olduğu vurğulanaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin hələ SSRİ dönəmində formalaşdığı, Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Ümummilli lider Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyət daşıdığı bildirilib.

Baş katib To Lam ötən ilin may ayında ölkəmizə səfərini xatırladıb və Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi də Vyetnamda səbirsizliklə gözlədiklərini deyib.

Tahir Budaqov Vyetnam Kommunist Partiyasının 14-cü qurultayının uğurla baş tutması və yenidən partiyanın Mərkəzi Komitəsinin Baş katibi seçilməsi münasibətilə To Lamı Yeni Azərbaycan Partiyası adından təbrik edib.

Səfər çərçivəsində Tahir Budaqov Vyetnam xarici işlər nazirinin müavini Nquyen Minh Vu ilə də görüşüb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
7
xalqqazeti.az

9Mənbələr