AZ

Tramp Cənubi Koreyaya qarşı tarifləri artırdı

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ prezidenti Donald Tramp ticarət sazişini yerinə yetirmədiyinə görə Cənubi Koreyaya tətbiq edilən avtomobil, taxta, əczaçılıq və digər bütün mallara tətbiq edilən tariflərin 15%-dən 25%-ə qaldırılacağını açıqladı.

Banco.az xəbər verir ki, Tramp məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.

Ağ ev rəhbəri  ticarət razılaşmalarının ABŞ üçün çox vacib olduğunu vurğulayaraq, bu razılaşmaların hər birində razılaşdırılmış şərtlərə uyğun olaraq tarifləri azaltmaq üçün tez bir zamanda hərəkətə keçdiklərini bildirib.

Tramp ticarət tərəfdaşlarından da eyni yanaşmanı gözlədiyini bildirib və Cənubi Koreya parlamentinin ABŞ ilə bağladığı razılaşmaya əməl etmədiyini iddia edib.

O, 30 iyul 2025-ci ildə Cənubi Koreya prezidenti Li Ce Myonqla "böyük bir razılaşma" əldə etdiklərini xatırladaraq, 29 oktyabr 2025-ci ildə ölkəyə səfəri zamanı bu şərtləri bir daha təsdiqlədiklərini bildirib.

Seçilən
14
1
banco.az

2Mənbələr