AZ

Yaponiya baş naziri rəsmi Tokionun mövqeyinə zidd olaraq KXDR-i nüvə dövləti adlandırıb

BAKI, 27 yanvar. TELEQRAF

Yaponiya baş naziri Sanae Takaiçi televiziya debatları zamanı Koreya Xalq Demokratik Respublikasını nüvə dövləti kimi təqdim edib və onu Rusiya və Çinlə eyni sıraya qoyub.

Teleqraf xəbər verir ki, debatların yayımı "Asahi" telekanalı tərəfindən aparılıb.

Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətini şərh edən baş nazir KXDR-ni tanınmış nüvə oyunçuları olan Rusiya və Çinlə bir qrupda qeyd edib. Onun sözlərinə görə, bu ölkələrin hamısı nüvə dövlətləridir və Yaponiya onlarla qonşudur.

Qeyd olunur ki, rəsmi Tokio KXDR-ni nüvə dövləti kimi tanımır və Pxenyanın raket-nüvə proqramını ardıcıl şəkildə pisləyir. Hazırda Yaponiya hökuməti baş nazirin bu açıqlamasının dil sürüşməsi, yoxsa rəsmi ritorikanın dəyişməsi olub-olmadığına dair şərh verməyib.

Xatırladaq ki, daha əvvəl Yaponiya hökumətinin üzvləri yekdilliklə parlamentin əsas aşağı palatası olan Nümayəndələr Palatasının buraxılması barədə qərar qəbul etmişdilər.

Seçilən
71
1
teleqraf.com

2Mənbələr