ABŞ İrandakı etirazlar zamanı nümayişçilərin ölümündə Vaşinqtonun məsul hesab etdiyi yüksək vəzifəli İran rəsmiləri və komandirlərinə qarşı hədəfli zərbələr endirməyi planlaşdırır.
"Yeni Sabah" Middle East Eye-ya istinadla xəbər verir ki, zərbələr bu həftənin əvvəlində baş verə bilər. Lakin mənbələr qeyd edib ki, vaxt dəyişə bilər.
Keçmiş ABŞ kəşfiyyat rəsmisinin sözlərinə görə, ABŞ administrasiyası daxilindəki danışıqlara əsasən, Donald Trampın Tehranda rejim dəyişikliyi istəyindən əl çəkmədiyi qənaətinə gəlmək olar.
Daha əvvəl Tramp Axios-a verdiyi müsahibədə Tehranın ABŞ ilə mübahisələrinin diplomatik yolla həllində maraqlı olduğunu bildirmişdi. Eyni zamanda, Amerika lideri İran yaxınlığında əhəmiyyətli qüvvələr topladığını vurğulayıb:
"İranın yaxınlığında böyük bir armadamız var. O, Venesuela yaxınlığındakı armadadan daha böyükdür".
Eyni zamanda Axios mənbələrə istinadən bildirib ki, Tramp hələ İrana qarşı zərbələr barədə qərar verməyib. Nəşrin məlumatına görə, ABŞ prezidentinin bu həftə müvafiq məsləhətləşmələr aparması planlaşdırılır.
Telegram kanalımız