AZ

Bu zolağın nə olduğunu hələ də bilməyənlər var: Bura girməyən sürücüləri cərimə gözləyir VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Yolda hərəkət edən sürücülərin əksəriyyəti sürətlənmə və tormozlama zolaqlarından istifadə qaydalarını kifayət qədər bilmirlər. Bu zolaqların əsas məqsədi yola daxil olan və ya yoldan çıxan nəqliyyat vasitələrinin digər zolaqlarda hərəkət edən avtomobillər üçün təhlükə yaratmasının qarşısını almaqdır.

“Yol hərəkəti haqqında” qanuna görə, sürətlənmə zolağı olduqda sürücü əvvəlcə həmin zolağa daxil olmalı, sürətini artırdıqdan sonra digər zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yol verərək digər zolağa keçməlidir.

Avtosfer.az-ın təqdim etdiyi videoda 10-LN-146 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sürətlənmə zolağından düzgün istifadə etmədiyi aydın görünür. Sürücü geriyə dönmə manevri zamanı birbaşa hərəkət zolağına daxil olur, daha sonra isə yenidən sürətlənmə zolağına qayıdır. Ardınca görüntünü qeydə alan avtomobili sıxışdıraraq onun üçün təhlükəli vəziyyət yaradır.

Fərid

Oxunub 170

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr